İsrailin xarici işlər naziri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşlə İsrail və HƏMAS arasındakı münaqişəyə “balanslı yanaşma” təkliflərinə görə görüşməyəcəyini bildirib.
“Mən BMT-nin baş katibi ilə görüşməyəcəyəm. Oktyabrın 7-dən sonra balanslı yanaşmaya yer qalmadı. HƏMAS yer üzündən silinməlidir”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu israilli nazir sosial şəbəkələrdəki səhifəsində yazıb.
Qeyd edək ki, o, eyni mövqeyi BMT Təhlükəsizlik Şurasında Qəzza zolağındakı vəziyyətlə bağlı açıq debatda da bildirib. “Bütün ölkələr BMT Nizamnaməsində təsbit olunmuş əsas insanlıq dəyərlərinin müdafiəsinə qalxmayınca, bu, cənab Katib, Sizin rəhbərliyiniz altında BMT-nin ən qaranlıq saatı olacaq və bu yer öz mövcudluğunun mənəvi əsasını itirəcək”.
Maraqlıdır ki, Koen bunu Quterreşə barmağını göstərərək deyib.
Xatırladaq ki, həmin görüşdə BMT-nin baş katibi HƏMAS yaraqlılarının hərəkətlərini pisləyib, lakin münaqişənin “tarixi əsası” olduğunu qeyd edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB