Vladimir Zelenskini “kokain aludəçisi” adlandıran blogger Anatoli Şariyanın İspaniyadakı şəxsi evinə “Molotov kokteyli” atıblar.
SİA-nın əldə etdiyi məlumata görə, ruslar bunun naməlum şəxslər tərəfindən həyata keçirildiyini desələr də, amma əslində ukraynalıların törətdiklərini istisna etmirlər.
Amma, deyilənlərə görə, Şariyanın bəxti onda gətirib ki, həmin gün İspaniyadakı evində yox, Makedoniyada olub.
Beləliklə, rus saytlarının terrorçu adlandırdığı şəxslər ikimərtəbəli binaya 6 ədəd “Molotov kokteyli” atıblar. Binanın pilləkəni yanıb. Binanın necə yandığı və yanğının İspaniyada fövqəladə xidmətlər tərəfindən tez bir zamanda söndürülüb-söndürülmədiyi məlum deyil.
Xatırladaq ki, media eksperti və bloqqer Anatoli Şariya Vladimir Zelenskinin əlaltılarının daimi ölüm təhdidlərindən şikayətlənib. Kiyevdə o, dövlətə xəyanətdə ittiham olunur.
Öz növbəsində Şariya, Ukrayna və Avropada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı müstəqil araşdırma aparır.
Yeri gəlmişkən, 3 ildir İspaniyada yaşayan Anatoli Şariya Barselonada üzünə bibər qazı vurulmasından şikayətlənib. Ukrayna prezidenti təkcə ona deyil, həyat yoldaşına və qayınanasına da sanksiya tətbiq etdiyindən o, ailəsinin təhlükəsizliyindən narahat olduğunu bildirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB