...Təl-Əvivdə Qəzza zolağından İsrailin mərkəzinə raket zərbələri endirilməsi nəticəsində 5 nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
İsrail təcili yardım xidməti bildirib ki, bu gün Qəzzadan Təl-Əvivin atəşə tutulması oktyabrın 7-dən bəri ən kütləvi atəşdir. Daha sonra radikal Fələstinin Həmas və İslami Cihad qruplarının İsrailin cənubuna hücumuna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başlayıb.
Deyilənlərə görə, İsrailin cənubunda da hava hücumu həyəcanı səslənib. Dəmir Qübbə raketdən müdafiə sisteminin işə salındığı bildirilir. Yaşayış binalarına zərbələr endirilib. Bir neçə nəfər yaralanıb, lakin itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması İsrail şəhərləri istiqamətində güclü raket zərbələri ilə bağlı mesaj yayıb.
Yeri gəlmişkən, bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki münaqişə ilə bağlı iclası keçirilir. Təşkilatın baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailin cənubuna hücumunu “dəhşətli” adlandırıb, lakin eyni zamanda hücumun “vakuumda baş vermədiyini” qeyd edib. BMT rəhbəri bildirib ki, Qəzza zolağında Fələstin əhalisi onilliklər boyu zorakılığa məruz qalıb, iqtisadiyyatlar dağılıb və insanlar didərgin düşüb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB