Universitetdə rus və belarus dilləri ilə yanaşı, fars dili də keçilməyəcək

Universitetdə rus və belarus dilləri ilə yanaşı, fars dili də keçilməyəcək

Bu arada Taras Şevçenko adına Kiyev Milli Universiteti rus və belarus dillərinin öyrənilməsi proqramlarını bağlayıb, müəllim və tələbələrə elmi fəaliyyətlərdə rus mənbələrindən istifadə etməyi qadağan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ali təhsil ocağının rektoru Vladimir Buqrov deyib.

Buqrovun dediyindən belə başa düşülür ki, Universitetdə rus dili və ədəbiyyatı, belarus dili və ədəbiyyatı ilə yanaşı, fars dilini də onların “gözünə qatıb” bağlayıblar.

Universitet rektoru hesab edir ki, məktəbdə rus dili və ədəbiyyatını öyrənməyə ehtiyac yoxdur. Ayrı-ayrı əsərlər dünya ədəbiyyatı kursuna daxil edilə bilər ki, “müəyyən olunsun”.

Xatırladaq ki, bir müddət bundan əvvəl universitet məqalələr hazırlayarkən və digər elmi fəaliyyətlərdə rus mənbələrinə istinad etməyi qadağan etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə