Qəzzada 12 xəstəxana və 32 klinika fəaliyyətini dayandırıb

Qəzzada 12 xəstəxana və 32 klinika fəaliyyətini dayandırıb

İsrailin hava hücumları səbəbindən Qəzzada 12 xəstəxana və 32 klinika fəaliyyətini dayandırıb.

SİA "Al-Monitor"a istinadən xəbər verir ki, bu barədə Qəzzada HAMAS-a tabe Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında deyib.

O bildirib ki, yaralıların sayının artmaqda davam etdiyi bir zamanda ərazidəki 12 xəstəxana hazırda fəaliyyət göstərmir.

Bütün xəbərlər Facebook səhifəmizdə