Kreml Vladimir Putinin yerinə gələcək namizəd axtarır..?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın həftəlik xəbər jurnalı olan “Newsweek” yazır.
Nəşr, Ağ Evdəki adı açıqlanmayan mənbələrə və Rusiya mediası olan Meduza-nın araşdırmasına istinadən bildirir ki, Putin 2022-ci ilin martında xərçəng xəstəliyindən ciddi müalicə alıb. Ona görə də xaricə səfərlər zamanı onu dublyor əvəz edir.
Amerika nəşri qeyd edir ki, bu arada, Kreml rəhbərinin xəstəliyi səbəbindən müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılacağı təqdirdə, Kreml dublyordan istifadə etməyə hazırdır.
“Newsweek” jurnalistləri onu da qeyd edirlər ki, Putin Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevi özünə yaxın bilsə də, amma onu varisi hesab etmir.
Və buna görə də hakimiyyətin ötürülməsinin sakitliklə, yəni sülh şəraitində baş verəcəyinə ümid etmir.
...Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev artıq Putinin xəyalpərəst olduğunu və prezidentin iradəsinə məhəl qoymamaq üçün açıq göstəriş verdiyini söylədyib(?).
Nəşrin yazdığına görə, Mişustini varis kimi təklif edən Putin, Nikolay Patruşev haqqında bir kəlmə də olsun danışmayıb.
“Newsweek”in ehtimalına görə, hazırda vəziyyət qızışır və ola bilər ki, böyük tranzit sistemin əsas aktorlarının gözlədiyindən tamamilə fərqli gedəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB