158 avtomobil bir-birinə çırpılıb - FOTOLAR

158 avtomobil bir-birinə çırpılıb - FOTOLAR

ABŞ-ın Luiziana ştatında sıx duman səbəbindən zəncirvari qəza baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilkin hesablamalara görə, ən azı 7 nəfər həyatını itirib, ölənlərin sayının arta biləcəyi bildirilib. Bildirilir ki, Luiziana ştatında bataqlıq yanğınları tüstü dumanın yaranmasına və qəzaya səbəb olub. Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerindən paylaşılan görüntülərdə uzun bir yolda bir-birinin üstünə yığılmış avtomobillər, bəzilərinin alov içində qaldığı görünür.

Polisdən verilən məlumata görə, qəza zamanı avtomobillərdən biri magistral yolda barmaqlıqların üstündən keçərək suya düşüb, avtomobilin sürücüsü xəsarət almadan xilas olub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə