Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Brüsseldə, Ukraynadakı döyüşlərin xəbərlərdən itsə də, amma reallıqdan yox olmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Borrell Ukraynada döyüşlərin davam etdiyini vurğulayaraq, “Ukrayna xəbərlərdən itdi, amma reallıqdan yox”-deyə bildirib.
Xatırladaq ki, dünya ictimaiyyətinin Ukraynaya diqqətinin İsraillə HƏMAS arasındakı münaqişə səbəbindən azala biləcəyi faktını daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi.
O, Kiyevə yardım dayandırılacağı təqdirdə, vaxtın Rusiyanın tərəfində olacağnı da gizlətməmişdi.
...İsraillə Fələstinin HƏMAS hərəkatı arasındakı müharibə və ya hər hansı digər hadisə Avropa İttifaqının Ukraynaya yardım göstərməsinə təsir edə bilməz.
Qeyd edək ki, bunu Avropa Komissiyası daha əvvəl qeyd edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB