Yataq böcəklərini Fransaya ruslarmı göndərir..?

Fransızlar buna əmindirlər...
Yataq böcəklərini Fransaya ruslarmı göndərir..?

Fransız kəşfiyyat xidmətləri yerli sakinlərin ictimai nəqliyyatda və kinoteatrlarda görməyə başladığı yataq böcəklərinin yayılması ilə bağlı vəziyyətdə "Rusiya izini" tapıblar(?).

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “20 Minutes” qəzeti yayıb.

Deməli fransız iddiasına görə, 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiya Oyunları ərəfəsində çaxnaşma səpmək və psikozları şiddətləndirmək Moskva üçün faydalı olub.

Bu yolla ölkə Ukraynadakı xüsusi hərbi əməliyyat üçün ona qarşı tətbiq edilən sanksiyalara cavab verə bilər.

Maraqlıdır ki, müəlliflər həm Fransa, həm də Rusiya mənbələrində dərc olunmuş məqalələri misal gətirirlər.

Bu məqalələrdən birində bildirilir ki, Parisdə yataq qurdlarının işğalı Ukraynadan olan qaçqınların Fransa paytaxtına köçməsi ilə bağlıdır.

Amma qəzet əməkdaşları bu məlumatı yalan adlandırıblar.

Lakin mətbuata sızan Rusiyanı ittiham edən versiyanın lehinə heç kim heç bir sübut təqdim etməyib.

Qeyd edək ki, oktyabrın əvvəlində Fransa paytaxtının sakinləri çoxlu sayda yataq böcəklərindən şikayət etməyə başlayıblar.

Hətta bəzi istifadəçilər sosial şəbəkələrdə foto və videolar da yerləşdiriblər.

Deyilənlərə görə, Parisdə qatar və avtobuslarda, həmçinin xəstəxana və kinoteatrlarda iri bedbuglar sürünür.

Hətta şəhərin əsas hava limanında həşəratlara rast gəlinib.

Mütəxəssis Joanna Fietenin sözlərinə görə, Fransaya gələn ruslar (?) özləri ilə çamadanda və ya əl yükündə yataq böcəyi gətirirlər.

Onun sözlərinə görə, yataq böcəklərinin sayı onların insektisidlərə - həşəratları öldürmək üçün nəzərdə tutulmuş kimyəvi maddələrə daha davamlı olması səbəbindən artır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə