Ukraynada döyüşən rus əsgərlərinin sayı nə qədərdir?

Baş Kəşfiyyat İdarəsi Ukraynadakı rus əsgərlərinin sayını açıqlayıb
Ukraynada döyüşən rus əsgərlərinin sayı nə qədərdir?

Hazırda ruslar 400 mindən çox əsgərini Ukrayna ərazisində cəmləşdiriblər. Bu, yalnız cəbhənin müəyyən sektorlarında əməliyyatlar üçün kifayətdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RBC-Ukrayna” telekanalı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun bəyanatına istinadən yayıb.

Yusovun etirafına görə, bu qüvvələr cəbhənin ayrı-ayrı bölmələrində fərdi əməliyyatlar üçün kifayətdir.

Bu gün Ukrayna ərazisində düşmənin külli miqdarda silahı olduğunu da dilə gətirən ukraynalı hərbçi, rusların hələ də davamlı olaraq yeni silahları yenidən işə salınaraq cəbhəyə çatdırdıqlarını bildirib.

Yusov, Rusiyada səfərbərliyin bütün yay boyu davam etdiyini də qeyd edib.

“2022-ci ilin fevralında baş vermiş ssenarinin təkrarlanmasından danışmırıq. Amma bəzi ərazilərdə bəli, düşmən yenə də fərdi hücum əməliyyatları keçirməyə cəhd edəcək”

Qeyd edək ki, bunu da Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə