...HƏMAS qrupu Qəzza zolağında saxladığı 50-yə yaxın girovu bu gün artıq azad edə bilər. İsrailin “i24News” kanalı xəbər verir ki, söhbət İsrail vətəndaşı olmayanlardan və ikili vətəndaşlığı olan şəxslərdən gedir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda Qətərin vasitəçiliyi ilə danışıqlar aparılır.
Qırmızı Xaç avtomobilləri artıq Qəzza zolağı və Misir sərhədinə gedib, ehtimal ki, oğurlananların təhvil verilə bilər.
İsrail, ehtimal ki, məhbusların təhlükəsiz köçürülməsi üçün bazar ertəsi günortadan sonra Qəzza zolağının atəşə tutulmasını dayandırıb. “Haaretz” qəzetinin yazdığına görə, HƏMAS tərəfindən girovların bəzilərinin azad edilməsinin şərtlərindən biri Qəzzaya yanacaq nəqlinin bərpası ola bilər.
Son məlumatlara görə, HƏMAS qüvvələrinin 222 girov saxladığı deyilir. Onların arasında 9 aydan 16 yaşa qədər 30-a yaxın uşaq da var.
Xatırladaq ki, oktyabrın 20-də Həmas iki girovu - ABŞ vətəndaşlığı olan ana və qızı azad edib.
Bazar ertəsi gününün birinci yarısında İsrail Müdafiə Qüvvələri və HƏMAS silahlıları bir-birlərinin ərazilərini atəşə tutmağa davam ediblər. Qəzzadan İsrailin mərkəzində və cənubunda məskunlaşan ərazilərə raket zərbələri endirilib. İsrail qüvvələri yaraqlıların infrastrukturunu atəşə tutur.
Yeri gəlmişkən, hazırda Qəzza zolağında 5087 nəfərin öldüyü bildirilir, 14000-dən çox insan isə yaralanıb. ...Oktyabrın 7-dən bəri İsraildə 1400-dən çox insanın öldüyü deyilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB