Macarıstan Ukraynaya Avropa yardım paketini yenidən blokladı

Macarıstan Ukraynaya Avropa yardım paketini yenidən blokladı

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda keçirilən görüşdə Ukraynaya 500 milyon avro məbləğində növbəti yardım tranşının ayrılması ilə bağlı razılığa gələ bilməyiblər.

SİA-nın Azad Avropa radiosuna istinadən xəbər verir ki, buna səbəb qərarın Macarıstan təmsilçisi tərəfəsindən əngəllənməsi olub.

Macarıstan növbəti dəfə Kiyevdən ölkənin ən böyük bankı OTR-nin Ukraynanın qondarma müharibə sponsorları siyahısından çıxarılmasına zəmanət tələb edir. Buraya Rusiya bazarında fəaliyyətini davam etdirən beynəlxalq şirkətlər daxildir. Hazırda Ukrayna hakimiyyəti bankın sponsorlar siyahısına daxil edilməsini dayandırıb, lakin Budapeşt bankın ona qayıtmayacağına əmin olmaq istəyir.

Qeyd edək ki, Ukraynaya 500 milyon avro məbləğində yardım paketi Avropa Sülh Fondunun proqramından səkkizinci tranş olmalı idi.

2023-cü ilin iyulunda Macarıstanın xarici işlər naziri Peter Szijyarto bəyan etdi ki, Kiyev OTP Bankı müharibənin sponsorları siyahısından çıxarana qədər “Macarıstan Ukraynaya silah tədarükü üçün Avropa İttifaqı daxilində heç bir maliyyələşdirməni dəstəkləməyəcək”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə