Mustafa Kamal Atatürkün Cümhuriyyət elan edilməzdən illər əvvəl Cümhuriyyəti qurmağa qərar verdiyini bilirsinizmi?
SİA-nın məlumatına görə, Türkiyə Cümhuriyyəti 100 illiyini qeyd edir.
Cümhuriyyət 1923-cü ilin 29 oktyabr tarixində elan edilib. Ancaq Mustafa Kamal Atatürk bu tarixdən illər əvvəl Cümhuriyyəti qurmağa qərar verib. Birinci Dünya Müharibəsinin sonunda məğlub sayılan Osmanlı İmperiyası ağır şərtlərlə dolu olan Sevr müqaviləsini imzalayıb və torpaqları işğal olunub. 1919-cu il mayın 19-da Samsunda türk xalqının qurtuluş mübarizəsinə başlayan Mustafa Kamal Atatürk qələbənin mütləq əldə ediləcəyinə inanırdı. Halbuki Qurtuluş Savaşı faktiki olaraq hələ başlamamışdı, hətta nizami türk ordusu belə yox idi.
1919-cu ilin iyulunda Ərzurumda qurtuluş savaşını planlaşdırmaq üçün qurultay keçirilib. Mustafa Kamal Atatürk bir axşam dostu Mazhar Müfit Kansuya qələbədən sonra idarə formasının cümhuriyyət olacağını deyir. Lakin o gün gələnə qədər bu sirr olaraq qalmalı idi. Aralarında olan yeganə sirr bu deyildi. Mustafa Kamal Atatürk həmin axşam geyim sahəsində də inqilab olacağını deyir. Bundan əlavə, əsrlər boyu istifadə edilən ərəb əlifbasından latın əlifbasına keçiləcəyini deyir.
Dörd il sonra müharibə türk xalqının qələbəsi ilə başa çatıb, Lozanna sülh müqaviləsi imzalanıb və sultanlıq sistemi ləğv olunub. 1923-cü il oktyabrın 28-i axşam Mustafa Kamal Alatüek dostlarına “Sabah Cümhuriyyəti elan edəcəyik” deyib. Oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Bəyannaməsi qəbul edilib. Daha sonra gizli səsvermə yolu ilə prezident seçkisi keçirilib və 158 deputatın hamısı Mustafa Kamal Paşanı yeni türk dövlətinin ilk prezidenti seçib.
Yeni türk dövləti bütün dünyaya elan edildikdən sonra Mustafa Kamal Atatürkün illər əvvəl planlaşdırdığı digər addımlar da bir-bir atılıb. Təkcə geyim sahəsində deyil, təhsil, hüquq, mədəniyyət, iqtisadiyyat, qadınlara siyasi hüquqların verilməsi kimi ictimai həyatın bütün sahələrində çox sayda inqilablar edilib və latın əlifbasına keçilib. Beləliklə, Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün hədəflədiyi dünyəvi, müasir və demokratik dövlət kimi dünya ölkələri arasında öz yerini tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



