Rusiyalı general vəfat edib

Keçmiş dövlət katibi və Rusiya Müdafiə Nazirliyi rəhbərinin birinci müavini, ordu generalı İqor Puzanov 76 yaşında vəfat edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Hərbi Liderlər Klubunun aparat rəhbəri Nikolay Deryabin məlumat verib.

Puzanovun oktyabrın 22-də Moskvada dünyasını dəyişdiyi dəqiqləşdirilir. İqor Evgenieviç Puzanov 31 yanvar 1947-ci ildə Tümendə anadan olub. O, 2001-ci ilin martında Rusiya Müdafiə Nazirliyi rəisinin birinci müavini vəzifəsini tutub...amma 2004-cü ilin əvvəlində bu vəzifə ləğv edilib. 2005-ci ildə Puzanov Leninqrad Hərbi Dairəsinin komandiri təyin edilib. Həmin ilin dekabrında ona ordu generalı rütbəsi verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə