Problemin bu həlli müştəriləri qane etmir...

Problemin bu həlli müştəriləri qane etmir...

Bu arada qəzəblənən “Aeroflot” müştəriləri aviaşirkəti məhkəməyə vermək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, Taylanda biletləri çox cəlbedici qiymətlərlə satılıb. Ancaq sevinc qısa sürüb. Belə ki, bir neçə gündən sonra məlum olub ki, heç kim Pxuketə uçmur.

Daşıyıcı texniki səhvi əsas gətirərək biletləri ləğv edib. İndi uğursuz sərnişinlərə pulun geri qaytarılacağı vəd edilir. Üstəlik üzrxahlıq olaraq 5000 bonus da veriləcək.

Ancaq tətili pozulan insanları problemin bu həlli qane etmir. Hüquqşünaslar qeyd edirlər ki, insanların maksimum təzminat almaq hüququ var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə