Darya Duqinanın qətlini kim təşkil edib?

Darya Duqinanın qətlini kim təşkil edib?

Ukrayna Təhlükəsizlik Xidməti filosof Aleksandr Duqinin qızı, rusiyalı jurnalist Darya Duqinanın qətlini təşkil edib. Bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Bildirilir ki, Duginaya qarşı terror aktı “qırğınlı kölgə müharibəsi”nin tərkib hissəsi olub, bu zaman Ukrayna xüsusi xidmət orqanları Kerç boğazı üzərindən körpünü iki dəfə bombalayıb, Moskvada Kremlə dronlarla hücum edib və Qara dənizdə Rusiya gəmilərinə atəş açıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əməliyyatlar Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıqda yaradılmış, təlim keçmiş və təchiz edilmiş idarələrdən seçilmiş Ukrayna əməliyyatçılarının elit komandirləri tərəfindən həyata keçirilib.

Duqinanın qətli Kiyev rejiminin “müharibə silahı” kimi istifadə edilən “likvidasiya” adlandırdığı hadisə idi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə