...Vladimir vilayətində ciddi rejimli koloniyada cəza çəkən müxalifətçi siyasətçi Aleksey Navalnı bazar ertəsi kamerasını tərk etməkdən imtina edib. O, məhkəmə iclasında və istintaq hərəkətlərində uzaqdan iştirak etməli olub. Navalnının müttəfiqi İvan Jdanovun sözlərinə görə, siyasətçinin kamerasında onlar bütün yazı materiallarından məhrum ediliblər və etiraz əlaməti olaraq o, binanı tərk etməkdən imtina edib. Bundan sonra, onu zorla müstəntiqə aparıblar.
SİA-nın Jdanova istinadən əldə etdiyi məlumata görə, dəbilqəli təhlükəsizlik işçiləri kameraya daxil olub güc tətbiq edərək onu müstəntiqin yanına sürükləyiblər.
Qeyd edək ki, məlumatı Navalnının yeni vəkili Leonid Solovyov da təsdiqləyib.
O əlavə edib ki, siyasətçinin yazı materialları “rejim tədbirləri” zamanı götürülüb və bu, birinci dəfə deyil.
Deyilənlərə görə, bazar ertəsi Navalnının IK-6 cəzaçəkmə koloniyasının rəhbərliyinə qarşı iddialarından biri üzrə növbəti məhkəmə iclası keçirilməli idi.
Adətən müxalifətçi koloniyadan videobağlantı vasitəsilə məhkəmə iclaslarında iştirak edir. Lakin bu dəfə Navalnı ekrana çıxmadığı üçün görüş təxirə salınıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB