Gəmidə oturub, gəmiçi ilə "dava edənlər"..?

Qazaxıstanda qazax dilinə “mambet dili” deyən qıza qarşı iş açılıb
Gəmidə oturub, gəmiçi ilə "dava edənlər"..?

Almatı polisi qazax dilini “mambet dili” adlandırdığı üçün yerli sakinə qarşı etnik ədavəti qızışdırmaq maddəsi ilə cinayət işi açıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə KazTAG agentliyi xəbər verir.

...Qıza qarşı işin açılmasına səbəb onun sosial şəbəkələrdən birində canlı yayımda verdiyi açıqlamada qazax dilini sevmədiyini deməsi, həmçinin kənd sakinlərinin şəhərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr səsləndirməsi olub.

“Mən qazax dilini heç sevmirəm, düzünü desəm, bu Mambet dilidir. Mən mambet dilini, qırğız dilini, qazax dilini sevmirəm”- deyə o bildirib.

Qeyd edək ki, Almatı polisi bildirib ki, “qızla bağlı Qazaxıstan qanunvericiliyinə uyğun olaraq tədbirlər görüləcək”.

Yeri gəlmişkən, Qazaxıstanda milli ədavətin qızışdırılması maddəsi üzrə maksimum cəza 7 il həbsdir.

Onu da bildirək ki, bu ilk dəfə deyil ki, Qazaxıstan hakimiyyəti ölkə sakinlərinin ünvanına təhqiramiz ifadələrə görə nifrətin qızışdırılması ilə bağlı iş açır. Belə ki, 2023-cü il iyunun əvvəlində Qazaxıstanın Uralsk şəhərinin məhkəməsi yerli sakinlər Denis Rudnıx və Kristina Kolçenkoya nifrət və separatçı fəaliyyətdə Rusiyaya dəstək ifadə etdikdən sonra real cəzalara məhkum edib.

Həmin ərəfədə istintaqın müəyyən etdiyi kimi Rudnıx qazaxları “Mambets” adlandırıb və Uralskın “əsl rus şəhəri” olduğunu bildirib, həmçinin Qazaxıstana hücum olacağı təqdirdə Rusiyanın tərəfində döyüşəcəyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə