Güllə 16 yaşlı yeniyetmənin həyatına son qoyub

Güllə 16 yaşlı yeniyetmənin həyatına son qoyub

Təsadüfi açılan güllə ilə yaralanan 16 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Motosiklet sürücüsü sənədsiz silahla atəş açıb. Nəticədə güllələrdən biri 16 yaşlı yeniyetməyə dəyib.

Belə ki, 16 yaşlı Kendal Yıldız işləmək üçün Diyarbəkirdən İstanbula gəlib. O, anasına kömək etmək üçün kababxanada işləməyə başlayıb. 19 noyabr 2022-ci ildə biznes sahibi Kendalın yorulduğunu düşünüb və ona növbəsini bir saat tez bitirib evə getməsini deyib. İşdən çıxandan sonra Yıldız Simitçi Şakir küçəsindəki iş yerində işləyən əmioğlularının yanına gedib. Yıldız küçənin girişinə çatanda motosikletli iki nəfərdən biri fərq qoymadan camaata atəş açmağa başlayıb. Güllə həmin vaxt hadisə yerinə gələn yeniyetmənin başına dəyib. Xəstəxanaya aparılan qızın həyatını xilas etmək mümkün olmayıb. Motosiklet sürücüsü polisə verdiyi açıqlamada peşman olduğunu, ailəsindən üzr istədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə