Kolumbiya, Venesuela, Peru və Meksika kimi Latın Amerikası ölkələrində yüzlərlə insan İsrailin Qəzzaya davam edən hücumlarına reaksiya verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, paytaxt Boqotanın tarixi Bolivar meydanına Fələstin bayraqları ilə yürüş edən onlarla insan İsrailin Qəzzada davam edən hücumlarının dayandırılmasını tələb edib.
Perunun paytaxtı Limanın ən böyük küçəsində etiraz nümayişi keçirən perulular və bu ölkədə yaşayan ərəb əsilli insanlar dünyanı İsrailin Qəzzanı bombalamasını “dərhal” dayandırmağa çağırıb.
“Bu, müharibə deyil, soyqırımdır” şüarları səsləndirənlər İsrailin Fələstində davam edən işğalına son qoyulmasını tələb ediblər.
Mətbuata açıqlama verən nümayişçilərdən biri İsrailin dünyanın gözü qarşısında qətliam törətdiyini və Fələstin torpaqlarının 75 ildir qeyri-qanuni işğal altında olduğunu söyləyib.
Meksikanın paytaxtı Meksikada İsrail səfirliyi qarşısına toplaşan onlarla insan Fələstinə dəstək nümayiş etdirərək İsraili pisləyib.
Venesuelanın paytaxtı Karakasda Konqres binası qarşısına toplaşan yüzlərlə insan İsrailin Qəzza zolağında davam edən hücumlarını pisləyib.
İzdiham böyük Fələstin bayraqları açaraq “Fələstinə azadlıq”, “Qəzzada soyqırımı dayandırın” kimi şüarlar səsləndirib.
Ölkədə yaşayan ərəb əsilli venesuelalıların da dəstəklədiyi aksiya mətbuata açıqlama ilə yekunlaşıb.
Həftə ərzində Braziliya, Puerto-Riko, Çili və Ekvadorda toplaşan yüzlərlə insan Fələstinə dəstək nümayiş etdirib.
Fransanın paytaxtı Parisdə toplaşan on minlərlə insan İsrail-Fələstin münaqişəsində atəşkəsə çağırıb.
Parisdə Respublika meydanına toplaşan 30 mindən çox insan Fələstinə dəstək nümayişi keçirib.
Nümayişçilər “Yaşasın Fələstin”, “İsrail rədd ol, Fələstin sizə aid deyil” və “İsrail qatildir, Makron (Fransa prezidenti) şərikdir” kimi şüarlar səsləndirib və “Uşaqlar hazırda ölür”, "Azad Fələstin" və "Soyqırımı dayandırın" kimi plakatlar qaldırıblar.
Hollandiyanın Rotterdam şəhərinin Binnenrotte meydanına toplaşan minlərlə insan Fələstinə dəstək olub.
Nümayişçilər əllərində “Fələstin üçün bir ürək, şiddəti dərhal dayandırın” pankartı ilə “Azad Fələstin”, “İsrail terrorçudur, Netanyahu terrorçudur” şüarları səsləndiriblər.
İsveçin paytaxtı Stokholmda minlərlə insan Fələstinə dəstək nümayiş etdirmək üçün toplaşıb.
İsrailin mühasirəsinə və Qəzzaya hücumlarına etiraz etmək istəyən minlərlə Fələstin tərəfdarı Stokholmun məşhur meydanı Segels Torga toplaşıb.
Nümayişçilər əllərində “Qəzzədə soyqırım var”, “İşğala son”, “Atəşkəs indi” yazılmış pankartlar və “Fələstinə azadlıq” şüarları səsləndiriblər.
Belçikanın paytaxtı Brüsseldə İsrailin hücumlarına qarşı Fələstin xalqı ilə həmrəylik nümayişi keçirilib.
Şuman meydanına toplaşan 10 minə yaxın insan Fələstin xalqına dəstək tələb edib.
Nümayişdə "Qatil İsrail", "Fələstinə azadlıq" və "İsraili boykot" kimi şüarlar səsləndirilib, Qəzzada dərhal atəşkəs tələbi və fələstinlilərə təcili humanitar yardımın göstərilməsi tələb edilib.
Nümayiş zamanı edilən çıxışlarda Avropa İttifaqı İsrailin soyqırım törətməsinə icazə verməkdə ittiham edilib.
Çıxış edənlər Avropa ölkələrinin İsrailin tərəfini tutaraq fələstinlilərin qətliamında şərik olduqlarını bildiriblər.
Serbiyanın paytaxtı Belqradda Fələstinə dəstək və həmrəylik nümayişi keçirilib.
Belqradın Respublika meydanında keçirilən nümayişdə Serbiyada yaşayan fələstinlilər və yerli əhali iştirak edib.
Nümayişçilər "Fələstində soyqırıma son verin", "Fələstinə azadlıq" və "Uşaqlar öldürülərkən deyil, yatarkən susmalıdır" yazılı plakatlar daşıyıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



