49 yaşlı məşhurun ölümü Hindistanı şoka salıb

49 yaşlı məşhurun ölümü Hindistanı şoka salıb

Hindistanlı iş adamı və Vaq Bakrinin icraçı direktoru Paraq Desai sahibsiz itlərin hücumuna məruz qalaraq qaçarkən yıxılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Desai aparıldığı xəstəxanada dünyasını dəyişib. Şirkətin icraçı direktorunun məruz qaldığı hücum nəticəsində yıxılaraq keçirdiyi beyin qanaması nəticəsində dünyasını dəyişdiyi bildirilib. Desainin yıxılan zaman başından zədə aldığı öyrənilib. 49 yaşlı Desainin ölümü Hindistanı şoka salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə