Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” akrobatika komandası UNESCO-nun Dünya İrs Siyahısına düşən Pamukkaledə nümayiş uçuşu həyata keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pamukkale Bələdiyyəsinin Cümhuriyyətin 100 illiyi münasibətilə təşkil etdiyi Gənclik və Aviasiya Festivalı çərçivəsində nümayiş uçuşunu minlərlə vətəndaş maraqla izləyib. Tamaşaçılar çətin manevrləri uğurla yerinə yetirən türk pilotları alqışlayıb və dəstəkləyiblər.
Türk ulduzlarının səmada ay-ulduz çəkməsi nümayişi təxminən yarım saat davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB