Qəzzaya dünənki hücumlarda 400-dən çox fələstinli həyatını itirib
Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı 4700-ə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail Qəzzaya qarşı hücumların 16-cı günündə şəhərin müxtəlif bölgələrindəki yaşayış məntəqələrini döyüş təyyarələri və top atəşlərinə tutub. Şəhərin bir çox bölgəsinə havadan və qurudan edilən hücumlar nəticəsində bir gündə 400-dən çox fələstinli həyatını itirib.
Tibbi mənbələrdən alınan məlumata görə, bazar günü İsrailin hücumları nəticəsində Xan Yunus Qaçqınlar Düşərgəsində 44, Rəfahda 57, şəhərin mərkəzi hissəsində 168, Qəzza şəhər mərkəzində 66 və 44 Fələstin vətəndaşı həyatını itirib. Misir sərhədinə yaxın Rafah şəhərində bir evə edilən hücumda isə 6 nəfər ölüb, 11 nəfər müxtəlif formada yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB