Koreya Respublikası, ABŞ və Yaponiya B-52H bombardmançı təyyarəsinin iştirakı ilə Koreya yarımadası regionunda ilk üçtərəfli hava təlimini keçirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər yarımadanın cənubunda Koreya Respublikası və Yaponiyanın hava hücumundan müdafiə identifikasiya zonalarının kəsişdiyi ərazidə baş tutub. Manevrlərdə Yaponiya və Cənubi Koreya qırıcıları, nüvə silahı daşıya bilən B-52H bombardmançı təyyarəsi (ABŞ) iştirak edib.
Xatırladaq ki, oktyabrın 17-də B-52 bombardmançı təyyarəsi ilk dəfə Cənubi Koreyaya eniş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB