Rusların hava hücumundan müdafiəsi öz Mi-8MTV-5 eniş-nəqliyyat helikopterini vuraraq ekipajını öldürüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Fighterbomber” aviatoru öz Telegram kanalında yazıb.
Qeyd edək ki, baş verən hadisə ilə bağlı təfərrüatlar açıqlanayıb. Bununla belə, o, həmvətənlərinin hava hücumundan müdafiəsi haqqında sərt danışaraq, bu müharibədə Rusiya aviasiyasının ilk itkilərinin onların hesabına olduğunu və sonuncunun da olacağını qeyd edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 2022-ci il fevralın 24-dən 2023-cü il oktyabrın 22-dək olan müddətdə ruslar 320 helikopteri itiriblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB