"Terrora haqq qazandıran saxlanılıb..."

"Terrora haqq qazandıran saxlanılıb..."

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları terror fəaliyyətinə açıq şəkildə bəraət qazandırmaqda ittiham olunan şəxsi saxlayıb. Bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxs MMA döyüşçüsü İlyas Yakubovdur.

İstintaqın məlumatına görə, saxlanılan şəxs terror fəaliyyətinin həyata keçirilməsinin zəruriliyini əsaslandıran ifadələrin yer aldığı videoçəkiliş aparıb. O, bu videonu Rusiyada qadağan olunmuş sosial şəbəkədəki səhifəsində yerləşdirib.

Departamentin Telegram kanalında deyilir: "Əvvəllər həmin şəxs federal axtarışa verilib, bu gün onun yeri müəyyən edilib və cinayət axtarışı əməkdaşları tərəfindən paytaxt İstintaq Komitəsinin şöbəsinə aparılıb".

O da qeyd olunur ki, yaxın vaxtlarda istintaq saxlanılan şəxsin həbsi ilə bağlı vəsatət qaldıracaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə