Cozef Baydenin İsrailə səfəri böyük səhv idi

Cozef Baydenin İsrailə səfəri böyük səhv idi

Fələstin Qanunvericilik Şurasının üzvü Mustafa Barquti ABŞ prezidenti Cozef Baydenin İsrailə səfərini fəlakətli səhv adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fələstin parlamentinin üzvü CBS telekanalına müsahibəsində bildirib.

O, Amerika liderinin niyə İsrailə dayanmasını söyləmək əvəzinə, onu qurudan işğala sövq etməsi ilə bağlı çaşqınlıq ifadə edib.

Barquti Baydenin İsrailə səfərinin fəlakətli səhv olmasının üç səbəbini də göstərib. “İlk növbədə, bu, siyasi və diplomatik baxımdan böyük uğursuzluq idi, çünki israillilərdən başqa heç kim onunla danışmaq istəmir. İkincisi, bu, strateji səhvdir, çünki o, ABŞ-ı müharibə cinayətlərinin törədildiyi çox təhlükəli zonaya çəkir. Üçüncüsü, ona görə ki, bu, sülh prosesinin olmaması ilə bağlı vəziyyəti davam etdirir”, - deputat bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə