Döyüşdən imtina edənlər...

...“Sərxoş komandir onlara qeyri-mümkün əmr verdikdən sonra onlar hücuma getməkdən imtina ediblər”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu şahidlər yazırlar.

...Məlumata görə, alay komandiri Sergey Çijov onları atəş dəstəyi və sursatsız, habelə mütəşəkkil evakuasiya, yemək və su olmadan “ət” hücumuna göndərib. İddia olunur ki, çağırış vərəqəsi alaraq orduda xidmət etməyə razılıq verən bəzi Rusiya Federasiyası vətəndaşları əvvəllər Çijovdan şikayət ediblər, lakin cəbhə bölgəsinə yoxlama gələndə guya onları gizlədiblər.

Hərbçilərin dediyinə görə, Çijov tabeliyində olanları “ət tikəsi” adlandırıb və onların öləcəyi təqdirdə yerinə başqalarının gələcəyini bildirib.

Və onu tabeçiliyinəd olan əsgərlər hücuma keçməkdən imtina ediblər. Çijov isə onların tez ölmələrini arzulayıb. Nəticədə 20 hərbçi Çijovun əmrini yerinə yetirməkdən imtina edib, bundan sonra, qohumlarının dediyinə görə, həmin əsgərlərlə heç biri ilə əlaqə yoxdur.

Hərbçilərin ailələri hərbi prokurorluğa müraciət ediblər.

ASTRA-nın yazdığına görə, bu Donbassda ruslar tərəfindən eyni “refuseniklər” arasından öz həmvətənləri üçün yaratdığı qeyri-qanuni həbsxanalar haqqında ilk məlumat deyil.

Teleqram kanalı qeyd edir ki, belə nəşrlərdən sonra belə düşərgələr dağılsa da, sonra yenidən peyda olur. Xüsusilə, döyüşməkdən imtina edən rus əsgərlərinin saxlanıldığı 20-yə yaxın belə yer məlumdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə