“ABŞ-ın artıq 1991-ci ildə olduğu qədər güclü ordusu yoxdur”

“ABŞ-ın artıq 1991-ci ildə olduğu qədər güclü ordusu yoxdur”

Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor Amerika ordusunun ciddi problemlər yaşadığı qənaətinə gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar günü, oktyabrın 22-də RİA Novosti məlumat yayıb.

Makqreqor qeyd edib ki, orduda hazırda etibarlı istedad fondu yoxdur və yeni insanlar tapmaq getdikcə çətinləşir. Makqreqor X sosial şəbəkəsindəki paylaşımında bunları yazıb: “ABŞ-ın artıq 1991-ci ildə olduğu qədər güclü ordusu yoxdur. Kadr ehtiyatı ilə bağlı problemlərimiz var, ordu öz sıralarını artıra bilmir”.

Ekspert hesab edir ki, ordunun yararsız işğal müharibələrindən taqətdən düşdüyü bu vəziyyətə görə ABŞ iki dəfə olsun, heç bir hərbi münaqişədə iştirak etməyi özünə rəva bilmir.

Xatırladaq ki, bundan əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Co Bayden seçkiqabağı maliyyə toplama tədbirində ABŞ-ın bəşəriyyətin ehtiyac duyduğu yeni dünya düzənini qura biləcəyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə