Bu arada Rusiyaya elektron viza almaq üçün daha çox müraciət edən ölkələrin siyahısı tərtib edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyahı Rusiya Xarici İşlər Nazirliyinə təqdim edilib.
Beləliklə, əcnəbilər arasında elektron vizalara tələbat üzrə birinci yeri Çin (verilmiş elektron vizaların ümumi sayının təxminən 60 faizi) tutub.
İkinci və üçüncü yerlərdə Estoniya və Hindistan qərarlaşıb.
Qeyd edək ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin direktoru Aleksey Klimov bildirib.
Klimov aydınlaşdırıb ki, ilk onluğa Almaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Latviya, Küveyt, Litva və İran da daxildir. Eyni zamanda, Baltikyanı respublikalardan Rusiyaya səfərlərdə nəzərəçarpacaq artım qeydə alınıb - müraciətlərin sayı Latviya vətəndaşları üçün 4 faiz, Litva vətəndaşları üçün 75 faiz, Estoniya vətəndaşları üçün isə 3,6 dəfə artıb.
Onun sözlərinə görə, 2023-cü il avqustun 1-dən sentyabrın 30-dək 70 mindən çox elektron viza verilib.
Xatırladaq ki, Rusiya avqustun 1-dən 55 ölkənin vətəndaşları üçün elektron viza xidmətini işə salıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB