Oktyabrın 22-də Suriyadan xüsusi təyyarə ilə 21 qadın və 62 uşaq Qırğızıstana gətirilib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Suriyanın şimal-şərqindəki düşərgələrdə qalan qırğızıstanlıların repatriasiyası “Aykol-3” humanitar missiyası çərçivəsində həyata keçirilib.
Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qırğızıstanlıların geri qaytarılmasına yardım ABŞ, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 2013-2015-ci illərdə müxtəlif yollarla dini radikal qrupların sıralarına düşən qırğızıstanlıların sayının artdığı barədə rəsmi məlumat yayılıb. Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, 2018-ci ildə 850 Qırğızıstan vətəndaşı Suriyadakı döyüş bölgəsinə gedib, onlardan 150-si həlak olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB