2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında aparılan danışıqların qarşısı ABŞ tərəfindən alınıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Almaniyanın keçmiş kansleri Gerhard Şröder “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlarda ukraynalılar Rusiya ilə razılaşmalara hazır idilər, lakin onlara bu razılaşmaya “icazə verilməyib”.
O əlavə edib ki, ukraynalılar 2022-ci ildə ona müraciət edərək, Moskva ilə Kiyev arasında vasitəçi kimi çıxış etməyi və Rusiya prezidenti Vladimir Putinə mesaj çatdırmağı xahiş ediblər.
Daha sonra Şröder ukraynalılara münaqişənin həlli üçün beş məqamı sadalayıb. Nədir bu məqamlar?
Deməli, Ukraynanın NATO-ya üzv olmaq planlarından imtina etməsi, ölkədə ikidillilik probleminin həlli, BMT Təhlükəsizlik Şurası və Almaniya da daxil olmaqla Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi, həmçinin Krımın Rusiya kimi tanınması.
Lakin Ukrayna hakimiyyəti İstanbuldakı danışıqlarda Rusiya ilə razılaşmayıb.
“Mənim təəssüratım belədir ki, heç nə baş verə bilməzdi, çünki hər şey Vaşinqtonda qərarlaşdırılıb”, - Almaniyanın keçmiş kansleri əlavə edib. O, əmindir ki, Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında kompromis istəməyib və onlar rusları cilovlaya biləcəklərinə inanır.
SİA-nın da dünən qeyd etdiyi kimi, Putinin yaxın dostu Şröder, bunun bir səhv olduğunu bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB