Türkiyədə Uşakdan Kütahyanın Gediz rayonu istiqamətində hərəkət edən mikroavtobus Dərbənd kəndinin yaxınlığında ötmə əməliyyatı yerinə yetirərkən qarşıdan gələn midiavtobusla toqquşub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşma sonucunda midiavtobus yoldan çıxaraq kənara, mikroavtobus isə yola aşıb.
Bildirilib ki, hadisədə 28 nəfər xəsarət alıb, onlar bölgəyə ən yaxın xəstəxanalara yönləndiriliblər. Qeyd olunub ki, hər iki nəqliyyat vasitəsi işçiləri daşıyırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB