Şotlandiyada güclü “Babet” fırtınası baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, fırtınanın səbəb oluduğu daşqın və qasırğa nəticəsində azı iki nəfər həlak olub.
Qeyd edək ki, tüğyan edən fırtına özü ilə yağış və 112 km/saat sürətində küləklər gətirib. Minlərlə bina işıqsız qalıb, 400-dən çox evdən insan təxliyə edilib, məktəblər bağlanıb. Hazırda bəzi ərazilərə yalnız qayıqla getmək mümkündür.
Həlak olanlardan biri - qadın çaya düşüb, digəri isə - kişi mikroavtobusun üzərinə ağacın aşması nəticəsində dünyasını dəyişib. Polis axtarışları davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB