Meksikada gözlənilən “Norma” qasırğası ilə bağlı xəbərdarlıq edilib

Meksikada gözlənilən “Norma” qasırğası ilə bağlı xəbərdarlıq edilib

Meksikanın Aşağı Kaliforniya yarımadasını vuracağı gözlənilən “Norma” qasırğası səbəbindən vətəndaşlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib. SİA xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin məlumatın görə, qasırğanın sürəti saatda 195 kilometrə çatacaq.

Meksikanın Aşağı Kaliforniya hökumətinin rəsmisi Viktor Manuel Kastro insanları evlərini tərk etməməyə çağırıb.

Edilən bütün xəbərdarlıqlara baxmayaraq, yarımadada hələ də təxminən 40 min turist olduğu bildirilir.

Səlahiyyətlilər sabah hava limanlarının bağlanacağı ilə bağlı məlumat paylaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə