Humanitar yardım daşıyan yük maşınları Qəzza zolağına daxil olub
Qəzza zolağının sakinləri üçün humanitar yardım aparan ilk yük maşınları Misirin Rəfah keçid məntəqəsindən keçib. SİA xəbər verir ki, bu barədə “Əl-Qahira əl-İhbariyyə” telekanalı məlumat yayıb .
Qızıl Aypara Cəmiyyəti nümayəndəsinin sözlərinə görə, ilk olaraq ora dərman və tibbi ləvazimatlar çatdırılır.
Tərəflər arasında razılaşdırıldığı kimi, son bir neçə gündə beynəlxalq ictimaiyyət tərəfindən Misirin Sinay yarımadasının şimalındakı Əl-Ariş şəhərinin hava limanına çatdırılan humanitar yardım daşıyan 20 yük maşını şənbə günü Qəzzaya daxil olub. Yüklərin daşınmasına nəzarət Misir Qızıl Aypara Cəmiyyəti və BMT tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB