İsrail ordusu Qəzza zolağına hücumların intensivliyini artırmağı planlaşdırır və bir daha yerli sakinləri mümkün qədər tez təxliyə etməyə çağırır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari bildirib.
“Hücumlarımızı gücləndirəcəyik, potensial itkilərimizin sayını azaldacağıq, bu gündən etibarən zolağa hücumların sayını artırırıq. Buna görə də Qəzza zolağının şimalında yaşayan sakinləri cənuba getməyə çağırdıq”, - o, axşam brifinqində deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB