“Bəşəriyyətin yeni dünya nizamına ehtiyacı var”

“Bəşəriyyətin yeni dünya nizamına ehtiyacı var”

Seçkiqabağı pul toplama tədbirində çıxış edən ABŞ prezidenti Cozef Bayden, Birləşmiş Ştatların bəşəriyyətin ehtiyac duyduğu yeni dünya nizamını qura biləcəyini deyib.

Baydenin sözlərinə görə, bu dünya nizamı unikal və əvvəlkilərdən fərqli olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Bayden bunun cəsarət və özünə inam tələb etdiyini vurğulayıb.

...Düşünürəm ki, əgər kifayət qədər cəsarətli və inamlı olsaq, dünyanı indiyə qədər heç vaxt görülməmiş şəkildə birləşdirmək imkanımız var.

Maraqlıdır ki, 80 yaşlı prezidentin seçki kampaniyası üçün vəsaitin toplanması tədbiri qapalı olub və bir həftə əvvəl baş tutub. Ancaq Ağ Ev Baydenin çıxışını yalnız şənbə günü yayımlayıb.

Yeri gəlmişkən, bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp, hazırkı prezident Cozef Baydenin səriştəsiz rəhbərliyi ucbatından ABŞ-ın üçüncü dünya müharibəsinə doğru getdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə