“Polis Ombudsmanı” ictimai səhifəsinin yaradıcısı, keçmiş polis zabiti Vladimir Vorontsov Kirov vilayətinin Kirovo-Çepetsk şəhərindəki 5 saylı koloniyadan azad edilib.
SİA xəbər verir ki, bu barədə ilk məlumatı “Keçmiş Opera” teleqram kanalı yayıb.
Rus saytlarının yazdığına görə, Vorontsovun azadlığa buraxılmasını onun vəkili də təsdiqləyib. Qeyd edək ki, Vorontsov 5 il həbs cəzası çəkib.
Onu da bildirək ki, Vladimir Vorontsov Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin əməliyyatçısı olub və 2017-ci ildə “VKontakte” sosial şəbəkəsində polis əməkdaşlarının hüquqlarının pozulmasından bəhs edən “Polis Ombudsmanı” ictimai səhifəsini yaradıb və az sonra polisdən təqaüdə çıxıb.
Və bundan sonra müxalifət yönümlü siyasi materiallar dərc etməyə başlayıb.
2020-ci ilin mayında Vorontsov həbs edilərək istintaq təcridxanasına göndərilib. Həmən vaxt müstəntiqlərin iddiasına görə, o, Moskva polis məmurundan intim fotolarını yaymadığına görə 300 min rubl tələb edib, həmçinin daxili işlər orqanları əməkdaşlarının şərəf və ləyaqətini ləkələyən mesajlar dərc edib.
Beləliklə, 2022-ci ilin avqustunda məhkəmə onu pornoqrafiya yaymaqda, dövlət məmurunu təhqir etməkdə və pul tələb etməkdə təqsirli bilərək və beş il müddətinə azadlıqdan məhrum edib, amma...
Deyilənlərə görə, Vorontsov sadə polisləri müdafiə etdiyinə görə təqiblərə məruz qalaraq həbs edilibmiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB