Deməli, Rusiya rəhbəri Vladimir Putin Permdə “Rusiya – idman dövləti” forumu adı altında səfərdə olub. Perimdə olarkən o, Rusiyanın öz Olimpiya Oyunlarını keçirəcəyini elan edib və bu oyunların “Dostluq Dünya Oyunları” adı altında keçiriləcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin Permə oktyabrın 19-na keçən gecə gəlib. Buna görə də həmin vaxt şəhərin hava limanı və şəhərə girişlər bağlanıb. Moskvadan gələn sərnişin təyyarəsinin enişi isə 30 dəqiqə gecikib.
Yenə də deməli, rusların yazdığına görə, Putinin gəlişi ilə əlaqədar yerli hakimiyyət orqanları lütf nümayiş etdirməyə çalışaraq, şəhərin bəzi küçələrində asfaltı dəyişdirib və mərkəzi binaları Rusiya bayrağının rənglərinə boyayıblar.
Daxili İşlər Nazirliyinin binası da yaxşı-yaxşı rənglənib.
Kreml rəhbərinin şəhərə varid olan günü isə...nədənsə mobil rabitə və internetdə fasilələr yaranıb.
Maraqlıdır ki, prezidentin korteji 24 avtomobildən ibarət olub. Onu da deyirlər ki, guya kortej hərəkətdə olarkən şəhər iki saat “dayanıb”.
O da maraqlıdır ki, Putinin kortejinə diqqət şəkən bəziləri zarafatla(mı?) Kadırovun kortejində bundan daha da çox avtomobil olduğunu bildiriblər.
Və bir də yerlilər təcili yardım maşınlarının çoxluğuna münasibət bildirərək Putini Yuri Andropovla müqayisə ediblər.
Deyim ki, bunu mən də başa düşmədim.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB