ABŞ-ın keçmiş prezidenti Donald Tramp, hazırkı prezident Cozef Baydenin səriştəsiz rəhbərliyi ucbatından ABŞ üçüncü dünya müharibəsinə doğru getdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, oktyabrın 21-də Trampın “Truth” sosial şəbəkəsindəki paylaşımında bildirib.
ABŞ-ın keçmiş prezidenti yazıb: “Ölkəmiz nə baş verdiyini bilməyən prezidentin acınacaqlı dərəcədə bacarıqsız rəhbərliyinə görə III Dünya Müharibəsinə doğru gedir”.
Tramp həmçinin qeyd edib ki, Baydenin verdiyi yeganə rasional qərar “Truth Social”-a qoşulmaq olub.
Tramp, hətta Baydenə sataşmaqdan da yan keçməyib. Və sosial şəbəkəyə qoçula bildiyi üçün “Cozefi təbrik edirəm” yazıb.
Yelmişkən deyilənlərə görə Baydenin seçki qərargahı Trampa məxsus “Truth” sosial şəbəkəsində səhifə yaratmağı planlaşdırır.
Onu da qeyd edək ki, Tramp bir daha xatırladıb: əgər o prezident olsaydı nə Fələstinlə və İsrail arasında münaqişə olardı, nə də Ukraynada müharibə…
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB