Birləşmiş Ştatlar Kiyevi Rusiya ilə sülh danışıqlarına başlamağa məcbur etməklə, Ukraynada “üzünü xilas etmək” üçün ərəb-İsrail münaqişəsinin kəskinləşməsindən istifadə edə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Military Watch Magazine” yazır.
Beləliklə, məqalədə deyilir ki, Ukraynanın getdikcə öz hərbi məqsədlərinə çata bilməyəcəyi bir şəraitdə silah-sursatın İsrailə yönəldilməsi sərmayələri azaltmaqla və Kiyevi yenidən danışıqlar masasına oturtmaqla Qərb blokunun üzünü xilas etmək üçün bir yol ola bilər.
Nəşrin ehtimalına görə, Ukraynaya göndərilən mərmilər yaxın həftələrdə İsrailə göndərilə bilər.
...Ukrayna Silahlı Qüvvələri on minlərlə əsgərini itirərək hücum əməliyyatı keçirmək üçün uğursuz cəhdlərdən sonra bir neçə aydır ki, özünə gələ bilmir.
Bu da həmin məqalədə deyilir.
...Silah çatışmazlığı uzun müddətdir Ukrayna Silahlı Qüvvələri üçün problem olub. Amma Rusiya müdafiə sənayesi bir sıra əsas döyüş sistemləri üçün sursat istehsalını ciddi şəkildə artırıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, bütün texnikasını məhv etdiyini bildirmişdi.
Bununla yanaşı, Ritter Qərb mediasının təmas xəttindəki vəziyyətlə bağlı yalan məlumat verdiyini də bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB