Fransız mer ermənilərə verilən ianənin sonrakı taleyindən nigarandır...

Fransız mer ermənilərə verilən ianənin sonrakı taleyindən nigarandır...

Ermənilərin, necə deyərlər, “çiçəyi çırtlayıb”, belə ki, böyük bacılar fransızlar onların ianə payında artım ediblər.

Belə ki, Fransanın Obern-Rona-Alpı regionundan Ermənistanın Zəngəzur (Sünik) bölgəsi üçün nəzərdə tutulan yardım iki dəfə artırılıb. Yəni 300 min avrodan 600 min avroya qaldırılıb.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu barədə qərar guya vilayət şurasının iclasında qəbul edilib. Zəngəzur vilayəti administrasiyası xəbər verir ki, bu barədə regionun vitse-prezidenti, Vyana şəhərinin meri Tyerri Kovaks və Sünik qubernatoru Robert Qukasyan arasında görüş zamanı danışılıb.

Qeyd olunur ki, Obern-Rona-Alpı regional şurasının bu qərarı bir gün əvvəl qəbul edilib.

Yeri gəlmişkən, erməni saytlarının yazdığına görə, “ermənilərin başına gələnlərdən” müyəssər olan fransalı mer, deyilənlərə görə, hətta kövrəkliklə müşahidə edilən bir çıxış da yapıb.

Amma o, ermənilərə ayrılan 600 min avro vəsaitin sonrakı aqibətindən narahatlığını da gizlətməyib.

Ona görə də, Ermənistana gələn Kovaks, ayrılan ianənin yönəldilməli olduğu problemləri müzakirə etməkdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə