"Ölməz kazarma” siyasi repressiya qurbanları haqqında layihənin yaradıcısı Andrey Şalaev polis tərəfindən saxlanıldıqdan sonra Tverdə yoxa çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə, Şalaev oktyabrın 19-da stansiyada qatar gözlədiyi kafedə saxlanılıb.
Şalaevin sözlərinə görə, sərxoş halda ictimai yerlərdə görünməsi ilə bağlı inzibati maddə ilə barəsində protokol tərtib etmək istəyiblər, amma...
Deyilənlərə görə, oktyabrın 19-da günorta Şalaev fransız jurnalistlərə Tverdə edam meydançalarını göstərib.
“Ölməz kazarma”nın teleqramında deyilir ki, Şalayevin yeri məlum deyil və onun telefon nömrəsinə zəng çatmır.
Hazırda bütün polis idarələri, müvəqqəti saxlama təcridxanaları, xüsusi təcridxanalar, Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi vəkil və Andreyin atasına belə bir adam saxlamadıqlarını bildiriblər
Xatırladaq ki, “Ölümsüz kazarma” layihəsi 2015-ci ildə yaradılıb. Layihə iştirakçıları SSRİ-də siyasi repressiyalara dair sənədlər və sübutlar toplayırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB