Satanovski “Solovyov LIVE” kanalından niyə qovulub..?

Satanovski “Solovyov LIVE” kanalından niyə qovulub..?

Gərək ki, eşitmiş olarsınız.

...Rusiya Yəhudi Konqresinin keçmiş prezidenti Yevgeni Satanovski ekspert kimi çalışdığı Kremlyönlü “Solovyov LIVE” kanalından qovulub.

SİA-nın əldə etdiyi məlumata görə, buna səbəb onun Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və xarici işlər nazirinin müavini Mixail Boqdanova ünvanladığı sərt ifadələr olub.

Qeyd edək ki, bu barədə aparıcı Vladimir Solovyov məlumat verib.

Onu da qeyd edək ki, israilli jurnalist Aleksandr Valdmanın YouTube kanalında proqramında iştirak edən Satanovski və Valdman İsrailin HƏMAS ilə hazırkı qarşıdurmasını müzakirə ediblər.

Satanovski Boqdanovu “ağır sərxoş nazir müavini”, Zaxarovanı isə İsrailə “davam edə bilməyən” “güclü içki pisliyi” adlandırıb. Ruslar demiş, yəni ”alkoqoliki”.

Bundan başqa, artıq rusların yazdığına görə, keçmiş olmuş ekspert Rusiya prezidentini ərəb ölkələrindən, İrandan və Türkiyədən həddən artıq asılılığa görə tənqid edib.

“...Mən Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etdirmək imkanını görmürəm”.

Bunu bildirən Solovyov videomüraciətində Zaxarova və Boqdanovdan üzr istəyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə