İsrailin Kiprdəki səfirliyi yaxınlığında partlayış baş verib

İsrailin Kiprdəki səfirliyi yaxınlığında partlayış baş verib

Şənbə günü, oktyabrın 21-də İsrailin Kiprdəki səfirliyi yaxınlığında partlayış baş verib. Çox güman ki, partlayıcı qurğu ilə işə salınıb.

SİA-nın əldə etdiyi məlumata görə, u barədə yerli “Cyprus Mail” nəşri məlumat yayıb.

Beləliklə, bu səhər Lefkoşada partlayış baş verib. Polis 17-21 yaşlarında olan dörd gənci saxlayıb. İlkin məlumatlara görə, onların dördü də Suriyadan Kiprə gəliblər.

Kipr polisi şübhəlilərin avtomobilinə baxış keçirib və avtomobilin içərisində iki bıçaq və bir çəkic(?) aşkar ediblər. Buna görə də avtomobilin 21 yaşlı sahibi “silah” saxladığı üçün həbs edilib.

Verilən məlumatlara görə, pirotexniki material olan partlayıcı qurğunun gücü o qədər də çox olmayıb. Qurğu İsrail səfirliyinin girişindən 30 metr aralıda partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə