Kosmosdan gələn sirli siqnal

Araşdırmalara görə, Yerə çatması 8 milyard il çəkən müəmmalı radio dalğalarının partlaması aşkar edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, partlayış indiyə qədər müşahidə edilən ən uzaq və enerjili partlayışlardan biri idi. "FRB 20220610A" adlı partlayış bir millisaniyədən az davam etdi, lakin Günəşdən 30 illik enerji emissiyasına bərabər kosmik dalğa yaydı.

Sürətli radio partlayışları və ya FRB-lər naməlum mənşəli radiodalğaların intensiv, millisaniyəlik partlayışlarıdır. Hər biri kainatın uzaq nöqtələrindən gəlir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə