İsrail-Həmas qarşıdurmaları 14-cü gündə də davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağına hava zərbələrini davam etdirir. Həmçinin, HƏMAS tərəfindən əsir götürülənləri tapmaq üçün bölgədə axtarışlarını da davam etdirir. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən bu gün verilən açıqlamada, ABŞ vətəndaşı olan ana və qızın humanitar səbəblərdən azad edildiyi bildirilib. Bəyanatda həmçinin qeyd olunub ki, Əl-Qəssam Briqadalarının bu addımı ilə məqsədi Amerika xalqına və dünyaya Bayden və onun faşist administrasiyasının iddialarının yalan və əsassız olduğunu sübut etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB