Aİ və ABŞ görüşündən sonra İsrailə dəstək bəyanatı!

Aİ və ABŞ görüşündən sonra İsrailə dəstək bəyanatı!

Avropa İttifaqı liderləri ilə ABŞ liderinin 27-ci zirvə toplantısının yekununda verilən birgə bəyanatda İsrailin yaşadığı hücumlara qarşı özünü müdafiə etmək hüququ olduğu, humanitar böhranın ağırlaşmasından da narahat olduqları bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəyanat Vaşinqtonda keçirilən və İsrail-Fələstin münaqişəsi ilə bağlı gündəm olan 27-ci sammitin yekunu olaraq dərc edilib. Bəyanatda İsrail-Fələstin münaqişələri ilə bağlı HƏMAS-ın İsrailə qarşı hücumları ən sərt şəkildə pislənilib. İsrailin beynəlxalq hüquq normaları çərçivəsində bu hücumlara qarşı özünü müdafiə etmək hüququ olduğu təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə