“Lufthansa” İsrail və Livana uçuşları oktyabrın 31-dək təxirə salıb
Daha əvvəl İsrail və Livana uçuşları dayandıran Almaniyanın “Lufthansa” aviaşirkəti təhlükəsizlik səbəbi ilə ən azı oktyabrın 31-dək bu ölkələrə uçmayacaq. SİA xəbər verir ki, bu barədə DPA agentliyi aviaşirkətin bəyanatına istinadən məlumat yayıb.
Aviaşirkət bildirib ki, regiondakı vəziyyəti yaxından izləməyə davam edir və Almaniya hökuməti ilə əlaqə saxlayır.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB